“Barselona”ya qayıtmaq istədiyi gün ayaqları altına qırmızı xalça sərəcəyik"

21 Fevral 2021 22:00 İspaniya 853
“Barselona”ya qayıtmaq istədiyi gün ayaqları altına qırmızı xalça sərəcəyik"

“Barselona” prezidentliyinə namizəd Toni Freyşin komandasında yer alan Luis Karreras Xosep Qvardiolanı kluba qaytarmağa hazır olduqlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, o, İspaniya mətbuatına müsahibəsində bildirib:

“Düşünmürəm ki, onu dilə tutmağa ehtiyac var. “Barselona”ya qayıtmaq istədiyi gün biz onun ayaqları altına qırmızı xalça sərəcəyik. Hazırda isə komanda üçün ən yaxşı variant Kumandır”.

“Barselona” prezidentliyinə seçkilər martın 7-də keçiriləcək. Toni Freyş qalib gələcəyi halda Karrerasın klubun yeni direktoru təyin ediləcəyi bildirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti