Daha bir əfsanə “Real”ı tərk edir - Yeni müqavilə təklifi etsə də

17 Fevral 2021 10:00 İspaniya 951
Daha bir əfsanə “Real”ı tərk edir - Yeni müqavilə təklifi etsə də

Yayda “Real”ın düşərgəsindən daha bir əfsanəvi futbolçu ayrılacaq.

Sportinfo.az xəbər verir ki, Serxio Ramos “kral klubu”nu tərk edəcək.

Müdaffiəçinin artıq qəti qərar qəbul etdiyi bildirilir.

Ramosun hansı komandaya keçəcəyi barədə məlumat verilmir. Ancaq onunla “Mançester Yunayted” və PSJ ciddi maraqlanır.

Ramos “Real”da 2005-ci ildən çıxış edir. Onun müqaviləsi 2021-ci ilin yayında başa çatır. Klub ona yeni müqavilə təklifi etsə də, Ramos bundan imtina edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!