Messiyə məsləhət verdi: “Mançester Siti”yə get

15 Fevral 2021 15:40 İspaniya 756
Messiyə məsləhət verdi: “Mançester Siti”yə get

Argentinalı sabiq futbolçu Pablo Zabaleta millidə komanda yoldaşı olmuş Lionel Messinin karyerası ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, sabiq futbolçu “Barselona”dan ayrılacağı deyilən Messi üçün ideal variantın “Mançester Siti” olduğunu bildirib:

“Messi “Barselona”dan ayrılmağa qərar versə və ən yaxşı çempionatda oynamaq istəsə, Premyer Liqanı seçməlidir. Ora Messi üçün maraqlı olar.

Uzun illərdir La Liqada oynayan biri üçün Premyer Liqa cəlbedici seçim olar. “Mançester Siti” də Messiyə ideal şərtlər təklif edir.

“Barselona”dan ayrılmaq böyük qərar olar, amma istədiyi budursa, ona kömək edə biləcək insanların olduğu kluba getmək daha yaxşı olar.

Əminəm ki, PSJ və “Yuventus” da Messini transfer etməkdə maraqlı olacaqlar, amma məncə, “Barselona”dan sonra ən yaxşı seçim “Mançester Siti”dir”.

Digər Xəbərlər
Xəbər Lenti