"Real" Kərimə bir illik yeni müqavilə təklif etsə də...

15 Fevral 2021 10:20 İspaniya 584
"Real" Kərimə bir illik yeni müqavilə təklif etsə də...

“Real” Kərim Benzemanı komandada saxlamaq niyyətindədir.

Sportinfo.az xəbər verir ki, “kral klubu” fransalı hücumçuya yeni müqavilə təklif edib.

Klub forvarda bir illik yeni müqavilə təklif etsə də, Benzema cavab verməyə tələsməyib. Futbolçunun klubla danışıq aparmaq fikrində olmadığı, daha bir müddət gözləmək istədiyi deyilir.

Məlumata görə, Benzema komandadakı mövqeyindən əmin olmaq istəyir.

2009-cu ildən “Real”da çıxış edən 33 yaşlı futbolçunun Madrid klubu ilə müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı