"Barselona"nın heyətində La Liqada ən çox oyun keçirən futbolçular - Messi Xavini keçdi

14 Fevral 2021 01:24 İspaniya 527
"Barselona"nın heyətində La Liqada ən çox oyun keçirən futbolçular - Messi Xavini keçdi

La Liqanın 23-cü turunda hazırda davam edən "Alaves"lə matç "Barselona"nın kapitanı Lionel Messi üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı hücumçu Kataloniya klubunun heyətində 505-ci oyununa çıxıb.

Argentinalı oyunçu bu göstərici ilə komandanın sabiq futbolçusu Xavinin rekordunu təkrarlayıb.

"Barselona"nın heyətində La Liqada ən çox oyun keçirən futbolçular:

1-2. Lionel Messi - 505 (bugünkü oyun daxil olmaqla);

1-2. Xavi - 505;

3. Andres İniesta - 442;

4. Serxio Busquets - 399 (bugünkü matç daxil olmaqla);

5. Karles Puyol - 392.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"