"Real"ın transfer etmək istədiyi mərkəz müdafiəçisi siyahısı

13 Fevral 2021 18:20 İspaniya 613
"Real"ın transfer etmək istədiyi mərkəz müdafiəçisi siyahısı

"Real" futbolçuları Serxio Ramos və Rafael Varanın gələcəyi ilə bağlı qeyri-müəyyənliyi nəzərə alaraq mərkəz müdafiəçisi ala bilər .

Sportinfo.az xəbər verir ki, Madrid klubunda bu vəzifəyə dörd namizəd var. Bunlar David Alaba ("Bavariya"), Kalidu Kulibali ("Napoli"), Jul Kunde ("Sevilya") və Pau Torresdir ("Vilyarreal").

Alabanın Münhen təmsilçisi ilə müqaviləsini yeniləməkdən imtina etməsi və yayda sərbəst agent olacağı onu "Real" üçün prioritet bir seçim halına gətirir.

Klubun verdiyi ciddi maliyyə itkilərini və kreditləri ödəmək ehtiyacını nəzərə alaraq "Real" digər namizədlərin transferini Alaba ilə müqayisədə çətin hesab edir.

Digər Xəbərlər
Xəbər Lenti