Messi 900-cü matçına çıxdı - Peşəkar karyerasında

12 Fevral 2021 10:20 İspaniya 648
Messi 900-cü matçına çıxdı - Peşəkar karyerasında

“Sevilya” ilə İspaniyanın Kubokunun yarımfinal mərhələsinin ilk oyunu “Barselona”nın kapitanı Lionel Messi üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, argentinalı hücumçu peşəkar karyerasında 900-cü matçına çıxıb.

34 yaşlı futbolçu bu görüşlərin 758-ni Kataloniya klubunun, 142-ni isə Argentina millisinin heyətində keçirib.

"Sevilya” – “Barselona” matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb. Bu komandalar arasındakı cavab görüşü martın 3-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!