Messi buna da imza atdı

8 Fevral 2021 12:00 İspaniya 1 051
Messi buna da imza atdı

"Barselona"nın ulduzu Lionel Messi yeni uğura imza atıb.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı hücumçu La Liqada ehtiyatdan oyuna girdikdən sonra vurulan qolların sayına görə "Real Sosyedad"ın sabiq üzvü Oskar de Paula çatıb.

Argentinalı oyunçu bunu XXII turda "Betis"lə səfər matçında gerçəkləşdirib. O, 57-ci dəqiqədə Rikard Puçun yerinə matça girib və iki dəqiqə sonra fərqlənib.

Messi bu göstəriciyə görə 27 qolla 2-3-cü yerləri bölüşdürür. İlk sırada isə "Barselona"nın keçmiş hücumçusu Xulio Salinas (28 qol) qərarlaşıb.

"Barselona" "Betis"i 3:2 hesabı ilə məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti