Messinin transferi barədə danışan ulduz futbolçuya cavab verdi

5 Fevral 2021 21:40 İspaniya 795
Messinin transferi barədə danışan ulduz futbolçuya cavab verdi

“Barselona”nın baş məşqçisi Ronald Kuman PSJ-nin futbolçusu Anxel Di Marianın Messinin Paris klubuna keçməsi ilə bağlı fikirlərinə reaksiya verib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

“Bu mənə hörmətsizlik kimi gəlir. Bu cür sözləri deyənlər yanılırlar. Bizim oyunçumuz haqqında, “Barsa”ya qarşı bu cür danışmaq düzgün deyil.

Onlar “Barselona”da oynayan Leo haqqında çox danışırlar”, - deyə R.Kuman bildirib.

PSJ-nin yarımmüdafiəçisi Anxel Di Maria Messinin komandaya transferinə ümid etdiyini və bunun üçün çoxlu imkanlar olduğunu açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!