“Real Sosyedad” hücumçusu Ander Barreneçea ilə müqavilənin müddətini uzadıb.
Sportinfo.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
19 yaşlı ispan futbolçu ilə müddəti 2027-ci ildə başa çatacaq yeni müqavilə imzalanıb.
Barreneçea “Real Sosyedad”ın öz yetirməsidir. O, 2018-ci ildən bu klubun əsas komandasında çıxış edir.
İspaniyanın gənclərdən ibarət yığmasında da çıxış edən forvard “Real Sosyedad”ın əsas komandasında 40-dan çox oyun keçirib, 4 qol vurub.

