İspaniya kubokunun 1/4 final mərhələsində “Qranada”ya 5:3 hesabı ilə qalib gələn “Barselona” rekorda imza atıb.
Sportinfo.az xəbər verir ki, kataloniyalılar klubun 121 illik tarixində ilk dəfə əlavə vaxtda üç qol vurub.
“Qranada” ilə əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunun əlavə 30 dəqiqəsində Ronald Kumanın yetirmələri daha üç top vurub və birini buraxıb.

