İspaniya mətbuatında Messin in müqaviləsinin detalları yayılıb.
Sportinfo.az xəbər verir ki, bundan sonra klubun düşərgəsində vəziyyət gərginləşib.
Messi müqavilənin detallarının yayılmasına görə klub rəhbərliyini günahkar bilir və məhkəməyə müraciət etmək niyyətindədir.
“Barselona”nın baş məşqçisi Ronald Kuman da məsələyə münasibət bildirib. O, komandada hər şeyin qaydasına düşdüyü bir vaxtda, belə məlumatın yayılmasının anlaşılmaz olduğunu bildirib:
“Messinin müqaviləsini n detallarını yayan adamı n “Barselona”da gələcəyi ola bilməz. Leo haqqında yazılanlar pis niyyətdən xəbər verir. Bunun mətbuata necə sızdırıldığını anlamağa çətinlik çəkirəm.
Mövsümə konsentrasiya olmalıyıq. Son vaxtlar komanda yaxşı oynayır, qələbələr qazanırıq. Görünür, “Barseloina” və Messiyə zərər vermək istəyənlər var”.
İspaniya mətbuatının yaydığı məlumata görə, Messi 4 illik müqaviləyə görə 555 milyon avro qazanacaq.
Bundan savayı, Leo müqaviləyə imza atdığı üçün 115 milyon avro əldə edib. Futbolçu kluba sadiqliyinə görə də, əlavə olaraq 78 milyon avro qazanacaq.

