Dembele “Barselona”dan ayrılmaq istəmir

1 Fevral 2021 10:00 İspaniya 790
Dembele “Barselona”dan ayrılmaq istəmir

“Barselona”nın hücumçusu Osman Dembele komandadakı gələcəyi ilə bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı futbolçu Kataloniya klubundan ayrılmayacaq.

Forvard klubla müqaviləsini yeniləmək niyyətindədir. Dembelenin özünü “Barselona”da xoşbəxt hiss etdiyi bildirilir.

Dembelenin adı “Mançester Yunayted”lə yanaşı çəkilir. 2017-ci ildən “Barselona”da çıxış edən Dembelenin müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!