“Barsa” bir neçə kluba 126 milyon avro borcludur: Transferlərə görə

26 Yanvar 2021 18:20 İspaniya 388
“Barsa” bir neçə kluba 126 milyon avro borcludur: Transferlərə görə

“Barselona” illik maliyyə hesabatını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssislər “Barsa”nın hesabatını analiz edirlər.

Gəlinən qənaət budur ki, komandanı n maliyyə durumu olduqca ağırdır.

Klub hesabatda 1,2 milyard dollarlıq borc və əlavə olaraq 730 milyon avroluq qısamüddətli borc göstərib. Klub büdcəsinin böyük hissəsini – 74 faizini məvacib təşkil edir.

Futbolçularla müqavilə klubda böyük narahatlığa səbəb olub və pandemiya dövründə məvaciblərin aşağı salınması ilə bağlı bir neçə dəfə danışıq aparılıb.

“Barsa” bir neçə kluba transferlərə görə 126 milyon avro borcludur. Katalonlar 2019/2020 mövsümünü 488 milyon avro xalis borcla başa vurdular.

Klub rəhbərliyi koronavirus pandemiyasının büdcəyə təsirini göstərərək, kreditorlarla danışıqlar aparır ki, ödənişləri təxirə salsınlar.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"