COP29

Kərim karyerasını hansı klubda bitirəcək? - "Real"dan sonra

26 Yanvar 2021 15:40 İspaniya 383
Kərim karyerasını hansı klubda bitirəcək? -

“Real”ın futbolçusu Kərim Benzemanın karyerasını bitirəcəyi klub bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu haqda futbolçunun agenti Kərim Caziri məlumat verib.

Menecer 33 yaşlı futbolçunun Fransaya qayıdacağına inandığını deyib: “Kərim “Lion”a qayıdacaq? Bəli, mən buna əminəm.

O, mənimlə bu haqda daim söhbət edir və komandanın bütün oyunlarına baxır. Onu da deyim ki, Kərim heç vaxt “Stad de Lyumer” arenasında oynamyıb ki, bu da onun üçün əlavə motivasiyadır. “Lion” Benzemanın ürəyindədir”.

Benzeam “Lion”un yetirməsi sayılır. O, 2005-2009-cu illərdə bu klubun şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!