"Real"dan ayrıldı, Londona uçdu, müqavilə bağlayacaq

25 Yanvar 2021 18:40 İspaniya 1 172
"Real"dan ayrıldı, Londona uçdu, müqavilə bağlayacaq

“Real”ın norveçli hücumçusu Martin Edeqor Londona uçub.

Sportinfo.az xəbər verir ki, Edeqor “arsenal”la müqavilə bağlamaq üçün İngiltərə paytaxtına gəlib.

Məlumata görə, futbolçu bu gün tibbi müayinədən keçməlidir.

Ona “Arsenal”ın baş məşqçisi Mikel Artetanın şəxsən zəng etdiyi bildirilir. Futbolçunun “Arsenal”da icarə əsasında çıxış edəcəyi gözlənilir. Norveçlinin məvacibini bütünlüklə “Arsenal” ödəyəcək.

Edeqor “Real”a 205-ci ildə keçib. O, cari mövsümdə “kral klubu”nun heyətində 7 oyun keçirib, Çempionlar Liqasında 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti