İndiki maaşla qalmaq, 3 illik müqavilə bağlamaq istəmir

25 Yanvar 2021 12:00 İspaniya 501
İndiki maaşla qalmaq, 3 illik müqavilə bağlamaq istəmir

"Real"ın yarımmüdafiəçisi Lukas Vaskesin klubda qalacağı sual altındadır.

Sportinfo.az xəbər verir ki, futbolçu bu yay başa çatacaq müqaviləsinin müddətini uzatmaq istəmir.

"Real" Vaskesə hazırkı maaşla 3 illik müqavilə təklif edir. O isə bununla razılaşmır. Ümumiyyətlə, Vaskes hesab edir ki, "Real"da onu lazımınca qiymətləndirmirlər.

Onun belə bir fikrə düşməsinə səbəb isə ötən yay madridlilərin futbolçunu satmaq istəməsi səbəb olub.

Başqa bir xəbərə görə, Vaskes yalnız maaşının artırılacağı halda müqavilənin müddətini uzadacaq.

Digər Xəbərlər
Xəbər Lenti