"Böyük uğur istəyiriksə, yeni oyunçular almalıyıq”

24 Yanvar 2021 21:40 İspaniya 603
"Böyük uğur istəyiriksə, yeni oyunçular almalıyıq”

“Barselona”nın baş məşqçisi Ronald Kuman komandanın heyətini gücləndirməli olduqlarını düşünür.

Sportinfo.az xəbər verir ki, 57 yaşlı mütəxəssis açıqlamasında yeni futbolçu almayacaqları təqdirdə, nəticələrinin yaxşı olmayacağını deyib:

“Mənim mövqeyim bəllidir: kifayət qədər oyunçumuz yoxdur. Amma klubdakı iqtisadi vəziyyət də buna təsir edir. Düşünürəm ki, hamımız eyni fikirdəyik.

Futbolçu almasaq, indiki kimi çıxış etməyə davam edəcəyik. Böyük uğur istəyiriksə, yeni oyunçular almalıyıq”.

“Barselona” hazırda La Liqanın turnir cədvəlində 34 xalla 4-cüdür. Komanda lider “Atletiko”dan 10 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!