“Real”ın futbolçusu klub rəhbərliyinə müraciət etdi: ayrılmaq istəyir

21 Yanvar 2021 01:52 İspaniya 631
“Real”ın futbolçusu klub rəhbərliyinə müraciət etdi: ayrılmaq istəyir

“Real”ın futbolçusu Martin Odeqard komandadan ayrılmağa qərar verib.

Sportinfo.az xəbər verir ki, norveçli futbolçu kifayət qədər oyun şansı qazanmadığı üçün “kral klubu”ndan ayrılmaq istəyir.

22 yaşlı futbolçu bununla bağlı klub rəhbərliyinə də müraciət edib və komandadan ayrılığına icazə verilməsini tələb edib.

Məlumata görə, baş məşqçi Zinəddin Zidan Odeqardın ayrılığına müsbət yanaşmır. O, komandada ola biləcək zədə və cəza hallarında futbolçunu əvəzləyici olaraq görür. Odeqard isə əsas heyət üzvü olmaq istəyir.

“Real”ın norveçli futbolçunu icarəyə verməsi də istisna olunmur.

Odeqardın klubla müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. O, cari mövsümdə bütün turnirlərdə 9 oyunda iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti