"Barselona" Messinin cəzasıyla razılaşmır - Apellyasiya şikayəti verəcək

20 Yanvar 2021 15:20 İspaniya 592
"Barselona" Messinin cəzasıyla razılaşmır - Apellyasiya şikayəti verəcək

"Barselona" kapitanı Lionel Messinin 2 oyunluq diskvalifikasiya qərarı ilə barışmaq fikrində deyil.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi argentinalı hücumçunun cəzası ilə bağlı apellyasiya şikayəti verəcək.

35 yaşlı forvard İspaniya superkubokunun finalında "Atletik"in oyunçusu Asyer Vilyalibreni vurduğu üçün qarşılaşmanın bitməsinə bir dəqiqə qalmış meydandan qovulub.

Ulduz futbolçu klub karyerasında ilk dəfə qırmızı vərəqə ilə cəzalandırılıb. "Atletik" görüşün əlavə vaxtında "Barselona"ya 3:2 hesabı ilə qalib gəlib.

Lionel Messi kubokda "Kornella" və La Liqada "Elçe" ilə matçları buraxacaq. Qarşılaşmalar müvafiq olaraq yanvarın 21-də və 24-də gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti