Premyer Liqada koronavirusa daha 16 yoluxma

19 Noyabr 2020 01:20 İngiltərə 694
Premyer Liqada koronavirusa daha 16 yoluxma

İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivləri növbəti dəfə koronavirus testindən keçirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

Xəbərdə 9-15 noyabr aralığında 1207 nəfərdən koronavirus testi götürüldüyü, 16 nəfərdə yoluxma faktı qeydə alındığı diqqətə çatdırılıb.

Bununla da, 31 avqustdan bəri koronavirus testi müsbət nəticə verənlərin sayı 68-ə çatıb.

Koronavirusa yeni yoluxanların kimliyi və hansı kluba məxsus olmaları açıqlanmır. Onlar qaydalara uyğun olaraq 10 gün karantində qalacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu