Qurban Qurbanov, qardaşı, "Maradona" və o… FOTO

1 Yanvar 2024 09:50 İngiltərə 1 042
Qurban Qurbanov, qardaşı, "Maradona" və o… FOTO

Bu foto 1994-cü ildə Türkiyədə çəkilib.

Görüntü "Turan"ın düşərgəsində ləntə alınıb.

Azərbaycanı ilk dəfə avrokuboklarda təmsil edən Tovuz klubu həmin vaxt UEFA Kubokunda mübarizə aparıb.

İlk mərhələdə "Fənərbağça"ya rəqib olublar. "Turan" İstanbulda keçirilən ilk qarşılaşmadan öncə burada son məşqə çıxıb.

Fotoda gördükləriniz Qurban Qurbanov, onun qardaşı Musa Qurbanov, "Maradona" ləqəbli İlham Məmmədov və qapıçı Nizami Sadıqovdur.

Bir müddət keçəcək, sonuncu tarixə düşəcək. Onda heç özü də bilmirdi ki, vaxt gələcək, dünyada ən çox qol vuran "əlcək sahibləri"nin siyahısına düşəcək:

1. Rogerio Seni (Braziliya) - 129
2. Xose Luis Çilavert (Paraqvay) - 67
3. Rene İqita (Kolumbiya) - 41
4. Conni Veqas Fernandez (Peru) - 41
5. Dimitar İvankov (Bolqarıstan) - 39
6. Fernando Patterson (Kosta Rika) - 35
7. Alvaro Misael Alfaro (Salvador) - 31
8. Hans-Yorg Butt (Almaniya) - 30
9. Draqan Panteliç (Yuqoslaviya) - 26
10. Vinsent Enyeama (Nigeriya) - 24
11. Jarko Luçiç (Yuqoslaviya/Monteneqro) - 21
12. Nizami Sadıqov (Azərbaycan) - 21
13. Sebastyan Saja (Argentina) – 20

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti