3 illik müqavilə istədi, son təklifi geri çevirdi

4 Avqust 2020 01:52 İngiltərə 882
3 illik müqavilə istədi, son təklifi geri çevirdi

"Çelsi"nin yarımmüdafiəçisi Villian klubdan ayrıla bilər.

Sportinfo.az xəbər verir ki, braziliyalı London təmsilçisinin yeni təklifini rədd edib.

Villianın sözləşməsi iyunda sona çatıb. “Zadəganlar” ona 2022-ci ilə qədər yeni müqavilə təklif etsə də, futbolçu razılaşmayıb. Buna səbəb 31 yaşlı yarımmüdafiəçinin 3 illik müqavilə istəməsidir.

Qeyd olunur ki, “Arsenal” artıq Villianla danışıq aparır. "Topçular"ın onun tələbinə uyğun təklif verəcəyi bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
30 Dekabr 17:50 Çək və bizə göndər!