"Qalatasaray"ın futbolçusu üçün 30 milyon avroluq təklif

7 Oktyabr 2023 10:00 İngiltərə 1 606
"Qalatasaray"ın futbolçusu üçün 30 milyon avroluq təklif

"Qalatasaray"ın futbolçusu Viktor Nelsson karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, danimarkalı müdafiəçinin xidmətində "Tottenhem" maraqlıdır. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

London təmsilçisi "Sevilya"nın da maraqlandığı 24 yaşlı arxa xətt oyunçusu üçün 30 milyon avro ödəməyə hazırdır. "Tottenhem" qış transfer pəncərəsi zamanı Türkiyə klubuna rəsmi təklif göndərəcək.

"Qalatasaray" Viktor Nelssonu 2021-ci ilin yayında "Kopenhagen"dən 7 milyon avroya transfer edib.

Danimarka millisinin üzvü cari mövsümdə "sarı-qırmızılar"ın heyətində 12 rəsmi matçda meydana çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR