Yığmamızın forvardı Çempionşip klubuna icarəyə verilir?

5 İyul 2020 14:40 İngiltərə 973
Yığmamızın forvardı Çempionşip klubuna icarəyə verilir?

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov mövsümün sonunda klubunu dəyişə bilər.

Sportinfo.az xəbər verir ki, "Vulverhempton"un forvardı İngiltərədə daha bir komandanın diqqət mərkəzinə düşüb.

"Koventri"dən sonra indi də "Birmingem" 21 yaşlı oyunçunu mövsümün sonunda heyətinə cəlb etmək fikrindədir. "Vulverhempton"un əsas komandasında hələ də debüt etməyən Renatla bağlı "Birmingem" rəhbərliyi qarşı tərəfə rəsmi müraciət etməyə hazırlaşır.

Çempionşip təmsilçisi onu birillik icarəyə götürmək niyyətindədir. Ötən ilin yayında "Vulverhempton"a keçən Renat Dadaşov Premyer Liqa təmsilçisi ilə 4 illik müqavilə bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Dekabr 18:10 Çək və bizə göndər!
17 Dekabr 03:50 Tanınmışlar Xankəndidə
17 Dekabr 03:40 Növbəti təyinat aldı
17 Dekabr 00:10 “Bu adam qəssab deyil”