Ronaldonu millimizə namizəd baş məşqçiyə nə bağlayır?

3 İyul 2020 15:04 İngiltərə 777
Ronaldonu millimizə namizəd baş məşqçiyə nə bağlayır?

Hazırda "Yuventus"da çıxış edən Kriştianu Ronaldonun ulduz futbolçuya çevrilməsində Azərbaycan millisində baş postuna namizəd olan Roy Kinin də rolu olub.

Sportinfo.az xəbər verir ki, bu barədə "Mançester Yunayted"in sabiq futbolçusu Erik Cemba-Cemba "BettingApps" nəşrinə açıqlama verib.

39 yaşlı sabiq yarımmüdafiəçi Roy Kinin Ronaldoya məsləhətlər verdiyini xatırladıb: "Birmənalı deyə bilərəm ki, Kin Ronaldunun məşqdə və meydanda çətinlik çəkdiyini söyləyib. Çünki o, Ronaldunun daha yaxşı oynamasını istəyirdi.

Kin onun daha yaxşı ola biləcəyini və hazırkı səviyyəyə çatacağını anlayırdı. Belə kapitanın Ronaldoya hirslənməsi onun uzun müddət sabit çıxış etməsinə kömək etdi".

Kamerunlu oyunçu Kinin braziliyalı komanda yoldaşı Klebersonla dialoqundan da danışıb. Cemba-Cemba braziliyalı oyunçunun matçların birində yerə yıxıldığını söyləyib:

"Kin ona doğru getdi. Kleberson bədən dili ilə oynamaq istəmədiyini göstərirdi. Paltardəyişmə otağına getdik. Roy ona qışqırdı. Dedi: "Oynamaq və hər şeyi etmək lazımdır.

Niyə oynamaq istəmirsən? Dünya çempionatını yeni qazanmısınız. Nə baş verdi? Daha yaxşı oynamaq lazımdır?". Bu, Kleberson üçün qorxunc idi. Həmişə gülümsəyirdi, Roy Kin ona tərəf gedəndə də gülürdü. Bu isə Kini daha da qəzəbləndirirdi".

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır