“Dedilər ki, paltardəyişmə otağına get, vedrə dolub”

1 İyun 2020 23:20 İngiltərə 636
“Dedilər ki, paltardəyişmə otağına get, vedrə dolub”

“Mançester Yunayted”in sabiq əməkdaşı Albert Morqan “Sanderlend”lə oyun ərəfəsində üzləşdikləri problem barədə danışıb.

Sportinfo.az xəbər verir ki, səfər oyununa çıxan MY-nin paltardəyişmə otağında kanalizasiya xətti sıradan çıxıb.

Çirkli su isə futbolçuların paltarlarını yarasız hala salıb. Morqan hadisəni belə şərh edir: “Paltardəyişmə otağına daxil olanda gördük ki, tavandan çirkli su damcılayır. Bizə dedilər ki, kanalizasiya xətti sıradan çıxıb və damcılayan yerə vedrə qoydular.

Futbolçular vedrənin başına fırlanaraq hərəkət edirdilər. Biz oyundan əvvəl isinmə hərəkətləri üçün meydana çıxdıq. Bir neçə dəqiqədən sonra isə mənə dedilər ki, paltardəyişmə otağına get, vedrə dolub.

Biz otağa qayıdanda vedrəni zibil qutusu ilə əvəzləmişdilər. Və birdən tavandakı xətlərdən biri partladı, çirkab hər yerə yayıldı – paltarlar, ayaqqabılar yararsız hala düşdü. Berbatovun ayaqqabıları tamamilə çirkabın içində idi. Yalnız zərgərlik əşyalarını və saatları götürə bildik.

Oyun başlamasına isə 10 dəqiqə qalırdı. Bütün futbolçular “biz belə şəraitdə oynamayacağıq” deyirdilər. Qarşılaşmanın startını 30 dəqiqə təxirə salmalı oldular”.

Digər Xəbərlər
Xəbər Lenti