Daha 10 futbolçuda koronavirus aşkarlandı

31 May 2020 18:20 İngiltərə 373
Daha 10 futbolçuda koronavirus aşkarlandı

İngiltərə Çempionşipində mübarizə aparan klubların kollektivindən növbəti dəfə koronavirus testi götürülüb.

Sportinfo.az xəbər verir ki, analizlər nəticəsində 10 nəfərin koronavirusa yoluxduğu müəyyənləşib.

İngiltərə Futbol Liqasından (EFL) verilən rəsmi açıqlamaya görə, mayın 28-29-da Çempionşipdə çıxış edən 24 klubda bütövlükdə 1058 nəfər testdən keçirilib.

Onların arasında 8 ayrı klubdan 10 nəfərdə koronavirus aşkarlanıb. Lakin adlar açıqlanmayıb. Test nəticəsi müsbət çıxan şəxslər karantinə alınıblar və xüsusi nəzarətə götürülüblər.

Digər Xəbərlər
Xəbər Lenti