
Koronavirus pandemiyasına görə martdan bəri dayandırılan İngiltərə Premyer Liqasının bərpa tarixi rəsmən müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, sözügedən çempionat iyunun 17-də bərpa olunacaq.
Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Xəbərdə turnirin təxirə salınmış iki oyunla bərpa olunacağı diqqətə çatdırılıb.
Söhbət “Aston Villa” - “Şeffild Yunayted” və “Mançester Siti” - “Arsenal” matçlarından gedir. Həmin həftənin sonunda, iyunun 20-dən etibarən isə 30-cu turun qarşılaşmaları keçirilməyə başlayacaq.
İngiltərədə çempionatlar martın əvvəlindən etibarən dayandırılıb. Ən yaxın izləyicisi “Mançester Siti”ni 25 xal qabaqlayan “Liverpul” zirvədə qərarlaşıb.