Paytaxt klubu braziliyalı hücumçunu heyətinə qatmaq niyyətindədir

26 May 2020 22:00 İngiltərə 492
Paytaxt klubu braziliyalı hücumçunu heyətinə qatmaq niyyətindədir

“Çelsi”nin hücumçusu Villian karyerasını İspaniyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, “Atletiko” braziliyalı futbolçunu heyətinə qatmaq niyyətindədir.

Məlumata görə, 31 yaşlı oyunçu London təmsilçisindən ayrılmaq istəyir. Onunla daha öncə “Barselona”nın da maraqlandığı iddia edilirdi.

Ancaq Madrid klubunun Villian üçün daha əlverişli təklif verdiyi bildirilir. O, cari mövsüm Premyer Liqada 25 oyun keçirib və 4 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti