“Hələ komandamızın prezidenti və sponsoru yoxdur”

27 Avqust 2023 09:50 Region Liqası 2 084
“Hələ komandamızın prezidenti və sponsoru yoxdur”

Yeni yaradılan “Hacıqabul”FK hələ prezident seçməyib.

Növbəti mövsümdən Region Liqasında çıxış edəcək debütant hazırda digər təşkilkatı məsələləri yoluna qoymağı lazım bilir.

Bu haqda Sportinfo.az-a verilən açıqlamada qeyd olunub:

“Hal-hazırda sponsorumuz yoxdur. Gənclər və İdman Nazirliyinin Hacıqabul rayonu üzrə Gənclər və İdman İdarəsinin dəstəyi olub.

Bundan başqa qəsəbə sakinlərinin dəstəyi sayəsində liqada iştirak edəcəyik. Klub hazırda həvəskar formada ilk addımlarını atır.

Peşəkar səviyyəyə çatdıqda, prezident seçiləcək. Ümumən komandanın rəhbəri, məşqçisi və qurucusu 44 günlük müharibənin qazisi İzzət Süleymanlıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı