Hərbi xidmətə yollandı

7 Aprel 13:26 İngiltərə 146
Hərbi xidmətə yollandı

“Tottenhem”in hücumçusu Xın Min Son komandanın düşərgəsini tərk edərək, vətəni Cənubi Koreyaya yollanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı klub saytı yayıb.

Son vətənində hərbi xidmət keçəcək. Amma hazırda Koreyada olan futbolçu karantindədir. O, klub həkimləri ilə mütəmadi əlaqə saxlayır.

Cənubi Koreyada xidmət müddəti hərbi qüvvələrdən asılı olaraq 21 aydan 24 aya qədər sürür. Amma Son Koreya yığması ilə 2018-ci ildə Asiya Oyunlarının qalibi olduğu üçün ona güzəşt edilib. Ona görə də, futbolçu cəmisi 1 ay hərbi xidmətdə olacaq.

Klubdan bildirilib ki, Son may ayında “Tottenhem”in düşərgəsində olacaq. Onu da qeyd edək ki, futbolçu fevral ayında “Aston Villa” ilə oyunda əlindən zədələnmişdi.

Xəbər Lenti
4 İyun 22:20 Ronaldo bunu da etdi ...