Millinin futbolçusunun əllərini bağlayıb, evini "yardılar" - FOTO

1 Aprel 2020 09:42 İngiltərə 518
Millinin futbolçusunun əllərini bağlayıb, evini "yardılar" - FOTO

İngiltərə milli komandasının sabiq futbolçusu Eşli Koulun evi qarət olunub.

Sportinfo.az xəbər verir ki, oğrular maska və kamuflyaj geyimlə arxa qapıdan evə soxulublar.

Onlar Koulu hədələyərək, stula bağlayıblar və qiymətli əşyaları götürdükdən sonra aradan çıxıblar. Dəymiş zərərin məbləği məlum deyil. Hazırda polis insidenti araşdırır. Keçmiş müdafiəçinin özü xəbəri şərh etmək istəməyib.

Eşli Koul İngiltərənin "Arsenal", "Kristal Pelas", "Çelsi" və "Derbi Kaunti", İtaliyanın "Roma" və İngiltərənin "Los-Anceles Qelaksi" klublarının formasını geyinib. O, 2019-cu ildə futbolçu karyerasını başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 18:10 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM