İngiltərə klubunun 3 futbolçusunda koronavirus aşkarlandı

22 Mart 2020 01:38 İngiltərə 567
İngiltərə klubunun 3 futbolçusunda koronavirus aşkarlandı

“Portsmut”un 3 futbolçusu koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəstəliyə yoluxanlar Ceyms Bolton, Endi Kannon və Sin Raqqettdi. Onlardan götürülən koronavirus testinin nəticələri pozitiv çıxıb. Bu üzdən də hər üç futbolçu karantinə alınıb. Hazırda özlərini yaxşı hiss edən oyunçuların müalicəsi davam edir.

Klubun yaydığı məlumatda o da bildirilib ki, komandanın bütün üzvlərindən və digər işçilərdən testlər götürülüb. Lakin onların tes nəticələri hələlik kluba təqdim olunmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"