"Yuventus"un hücumçusu üçün təklif göndərəcək - Paytaxt klubu

5 Yanvar 00:10 İngiltərə 950
"Yuventus"un hücumçusu üçün təklif göndərəcək - Paytaxt klubu

"Arsenal" qış transfer pəncərəsi zamanı heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Sportinfo.az xəbər verir ki, London təmsilçisi "Yuventus"da çıxış edən Duşan Vlahoviçlə maraqlanır.

"Topçular" serbiyalı forvard üçün Turin təmsilçisinə rəsmi təklif göndərəcək. İtaliya klubu futbolçusunu 60 milyon avroya satmağa hazırdır.

"Yuventus" Duşan Vlahoviçi 2022-ci ilin yanvar ayında "Fiorentina"dan transfer edib.

23 yaşlı hücumçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 16 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI