Azərbaycan millisinə qalib gəlib Avro-2024-ə getdilər - VİDEO

17 Oktyabr 2023 01:10 Milli komanda 791
Azərbaycan millisinə qalib gəlib Avro-2024-ə getdilər - VİDEO

Azərbaycan millisi bu gün Avro-2024-ün seçmə mərhələsində 6-cı oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda Avstriyanı qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan matç Avstriyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran Avstriya millisi Avro-2024-ün final mərhələsinə vəsiqəni təmin edib. Azərbaycan yığması isə 6 matçdan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb

Bu gün qrupun digər matçında Belçika evdə İsveçlə qarşılaşacaq.

Azərbayca millisi oktyabrın 13-ü keçirilən 5-ci oyununda səfərdə Estoniyanı 2:0 hesabı ilə məğlub edib. Bu, komandanın Avro-2024-ün seçmə mərhələsində ilk qalibiyyəti olub.

Azərbaycan - Avstriya - 0:1

Qol: Marsel Sabitzer, 48-pen.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!