“Bizim üçün prioritet Azərbaycanla oyundur, çılğın gedişlər etməyəcəyik”

15 Noyabr 2023 00:30 Milli komanda 1 446
“Bizim üçün prioritet Azərbaycanla oyundur, çılğın gedişlər etməyəcəyik”

“Bizim üçün prioritet Azərbaycanla oyundur”.

Sportinfo.az xəbər verir ki, bunu Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək son oyun barədə danışarkən deyib.

Əvvəlcə Serbiya ilə yoldaşlıq görüşü keçirəcəklərini xatırladan italiyalı mütəxəssis həmin matçda müxtəlif rotasiyalara əl atacağını gizlətməyib:

“Əlbəttə ki, nələrisə sınayacağıq. Amma çılğın gedişlər etməyəcəyik. Azərbaycanla görüşdə ehtiyac duyacağımız məqamları Serbiya ilə matçda sınayacağıq”.

Belçika noyabrın 15-də Serbiyanı, 19-da isə Azərbaycanı qəbul edəcək. Belçika hazırda 17 xalla F qrupuna başçılıq edir. Millimiz isə 4 xalla dördüncü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı