Azərbaycanda keçirilən qonşu rayon derbisindən MARAQLI VİDEO+FOTOLAR

13 Mart 23:40 İngiltərə 828
Azərbaycanda keçirilən qonşu rayon derbisindən MARAQLI VİDEO+FOTOLAR

«Şahdağ»ın II Liqada qələbə seriyası davam edir.

Qusar klubu ardıcıl 15-ci qalibiyyətini Siyəzəndə qazanıb.

Burada «Şimal»ın qonağı olan Elnur Abdullayevin komandası şimal derbisini 1 qolla öz aktivinə yazıb. Rubin Seyidov 18-ci dəqiqədə künc zərbəsindən göndərilən topu qapıdan keçirib.

Xaçmaz təmsilçisi hesabı bərabərləşdirmək üçün irəli atılsa da, təhlükəli ola bilməyib.

Nominal ev sahibləri yalnız standart vəziyyətlərdən fərqlənməyə yaxın olub - hər iki halda Rafiq Kərimov qapıda ayıq-sayıq tərpənib.

Ümumiyyətlə, oyun elə də maraqlı keçməyib. İkinci hissədə komandalar mövqe hücumlarına üstünlük verib.

74-cü dəqiqədə Famil Camalovu əvəzləmiş Xaqan Sadıxov 90+3-cü dəqiqədə penalti qazanıb.

Qapıçıyla üzbəüz qalan hücumçu Əmrah Məmmədli tərəfindən kobudluğa məraz qalıb, lakin qapıçı «onbir metrə»yə yaxınlaşan Ədilxan Qarəhmədovun zərbəsini dəf edib.

SPORTİNFO.AZ

“Şimal” - “Şahdağ” 0:1

Qol: Rubin Seyidov, 18
Qolla nəticələnməyən penalti: Ədilxan Qarəhmədov, 90+5

Siyəzən şəhər stadionu. 250 tamaşaçı
Baş hakim: Emin Əliyev
Baş hakimin köməkçiləri: Sənan Atayev, Rəhman Aslanov
Dördüncü hakim: Sənan Bayramzadə
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqələr: İqrar Səmədov, 28 (qeyri-idman hərəkəti); Pərviz Azadov, 57 (qeyriidman hərəkəti); Amil Məmmədov, 68 (qeyri-idman hərəkəti); Əmrah Məmmədli, 90+4 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 5 dəq.

“Şimal”
36. Əmrah Məmmədli
18. Tural Cəlilov (k)
5. İqrar Səmədov
17. Cavad Hacıyev
(13. Qeybulla Kaçayev, 70)
14. Sabir Əlişan
16. Amil Məmmədov
(9. Şahlar Sədiyev, 83)
27. Pərviz Azadov
44. Tofiq Nəsibov
2. Said Əliyev
8. Pirverdi Seyidov
77. Ceyhun Kəlbəliyev
(23. İsa Cəbiyev, 46)
Ehtiyat oyunçular:
1. Natiq Daşdəmirli
4. Ülvi Zeynalov
11. Mirzə Bayrampur
19. Şükür Ağabəyov
22. İbrahim İmamhüseynov
Baş məşqçi: Rəcəb Mahmudov

“Şahdağ Qusar”
12. Rafiq Kərimov
14. Rahid Əmirquliyev (k)
11. Tural Qurbatov
(15. Nodar Məmmədov, 83)
19. İlyas Səfərzadə
6. Vüsal Hüseynov
17. Emin Quliyev
(7. Salman Atluxanov, 65)
9. Famil Camalov
(86. Xəqani Sadıxov, 74)
4. Rubin Seyidov
29. Elşən Veysov
(71. Cavid Quliyev, 65)
70. Samir Qurbanov
(88. Mehdi Rəsulov, 83)
77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular:
99. Elmar Əzizov
1. Elmar Seyidov
10. Mehman Məsimov
21. Ruslan Ağalarov
38. Mehdi Əliyev
55. Firuz Əhmədov
Baş məşqçi: Elnur Abdullayev

Digər Xəbərlər
Xəbər Lenti