Vernerin yayda “Liverpul”a keçməsi gözlənilir

14 Fevral 2020 13:54 İngiltərə 464
Vernerin yayda “Liverpul”a keçməsi gözlənilir

“Leyptsiq”in forvardı Timo Vernerin yayda “Liverpul”a keçməsi gözlənilir.

Sportinfo.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Liverpul təmsilçisi aprelin soununa qədər oyunçunun transferini bitirəcək. “Qırmızılar” almaniyalı futbolçu üçün qarşı tərəfə 55 milyon avro ödəyəcək. “Leyptsiq” rəhbərliyinin də hücumçunun “Liverpul”a keçməsinə müsbət yanaşdığı bildirilir.

Timo Verner Bundesliqada 21 oyunda iştirak edib və 20 qol vurub. Onun komandası ilə 2023-cü ilə qədər müqaviləsi var.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!