Birini icarədən qaytardı, digərini icarəyə verdi - Paytaxt klubu

7 Yanvar 2024 01:40 İngiltərə 1 247
Birini icarədən qaytardı, digərini icarəyə verdi - Paytaxt klubu

“Çelsi” “Nottingem Forest”ə icarəyə verdiyi braziliyalı yarımmüdafiəçisi Andrey Santosu geri qaytarıb.

Sportinfo.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Santos bu mövsümün əvvəlində bir illik icarəyə götürülsə də, o, bu komandada çox forma şansı qazanmayıb.

Bu isə “Çelsi”ni qane etmədiyindən, onu vaxtından əvvəl geri qaytarmağa qərar veriblər.

Andrey “Çelsi”yə 2023-cü ilin yanvarında “Vasko da Qama”dan gəlib. Onun “zadəganlar”la müqaviləsi 2030-cu ilin yayına qədərdir.

“Çelsi” digər yarımmüdafiəçisi Aleks Matosu isə “Haddersfild Taun”a icarəyə verib. 19 yaşlı futbolçunun bu mövsümün sonuna kimi icarədə olacağı açıqlanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti