
“Sevilya”nın sabiq baş məşqçisi Xulen Lopeteqi Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun təklifini qəbul etməyəcək.
Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis hələ də İngiltərə Premyer Liqasında çalışmaq istəyir və bu səbəbdən “Əl-İttihad”ın təklifi ilə razılaşmağı planlaşdırmır.
Bundan əvvəl Lopeteqi “Real”,“ Rayo Valyekano”, İspaniya millisi və “Portu”da da çalışıb. 57 yaşlı mütəxəssisin son iş yeri bu ilin avqustunda tərk etdiyi “Vulverhempton” klubu olub.