"Qarabağ"a dair ŞOK İDDİA! "Dominantlıq etmək niyyəti var"

20 Oktyabr 2023 00:30 İngiltərə 990
"Qarabağ"a dair ŞOK İDDİA! "Dominantlıq etmək niyyəti var"

İtaliya mətbuatında Avropa Liqasının bu mövsüm qrup mərhələsində yer alan komandaların sıralaması və perspektivləri dəyərləndirilib.

Sportinfo.az xəbər verir ki, "Tutto Atalanta" "Qarabağ"ın da ilk iki turdakı uğurlu çıxışını qeyd edib:

"Atalanta", "Liverpul", "Roma", "Bayer"(Leverkusen), "Vest Hem", "Slaviya"(Praqa) və "Qarabağ" mümkün altı xaldan hamısını toplayaraq ilk iki turdan sonra parıltı saçırlar.

Onların mükəmməl çıxışı qrup mərhələsində dominantlıq etmək niyyətlərindən xəbər verir.

G və H qrupları deyəsən, artıq liderlərini müəyyən ediblər: bir tərəfdə “Roma” və “Slaviya”, digər tərəfdə “Bayer” və “Qarabağ”.

Bu arada "Liverpul" “Tuluza” və “Union”u geridə qoyaraq, öz qrupunda liderliyə yüksəlib".

"Qarabağ" Avropa Liqasının ilk turunda "Molde", ikinci turunda isə "Hekken"ə 1:0 hesabı ilə qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR