Heç bir klub tərəfindən alınmasa... “Çelsi”yə lazım deyil

14 Dekabr 2025 17:20 İngiltərə 815
Heç bir klub tərəfindən alınmasa... “Çelsi”yə lazım deyil

“Çelsi” yarımmüdafiəçisi Rahim Sterlinqlə yollarını ayırmağı planlaşdırır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.

31 yaşlı futbolçunun karyerasını davam etdirə biləcəyi variantlar arasında İngiltərə Premyer Liqasının “Lids” və “Kristal Pelas” klubları göstərilir.

Sterlinq heç bir klub tərəfindən alınmasa, londonlular onunla müqaviləni vaxtından əvvəl ləğv etməyi düşünə bilər.

İngiltərəli futbolçunun “Çelsi” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. O, cari mövsümdə hələ “Çelsi”nin heyətində bir dəqiqə belə, iştirak etməyib.

“Çelsi” UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!