O, Premyer Liqada noyabrın ən yaxşı məşqçisi seçildi

13 Dekabr 2025 01:40 İngiltərə 451
O, Premyer Liqada noyabrın ən yaxşı məşqçisi seçildi

İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı baş məşqçisi məlum olub.

Sportinfo.az xəbər verir ki, “Çelsi”ni çalışdıran Enzo Mareska ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

İtaliyalı mütəxəssisin rəhbərlik etdiyi komanda noyabr ayında İngiltərə çempionatında keçirdiyi 4 oyunda 3 qələbə qazanıb, 1 heç-heçə edib.

“Çelsi” Premyer Liqada 15 turdan sonra 25 yaş toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti