Məhəmməd Salah üçün alternativ axtaran “Liverpul” uyğun namizədi Parisdə tapıb.
Sportinfo.az “Caught Offside”-a istinadən xəbər verir ki, mersisaydlıların hücum xəttini gücləndirmək üçün ən real variant PSJ-nin vingeri Bredli Barkoladır.
Salah son günlər klub rəhbərliyi və baş məşqçi Arne Slotla arasında yaranan gərginliyə görə gündəmdədir. Onun Slotu hörmətsizlikdə günahlandırdığı iddia olunur.
23 yaşlı Barkola 2023-cü ildən PSJ-də çıxış edir. O, cari mövsümdə klub səviyyəsində 25 oyuna çıxaraq, 5 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Fransalı futbolçunun Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir.
“Liverpul” “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.

