“Qərar vermək asan idi” - Klubunu dəyişdiyi üçün peşman deyil

10 Dekabr 22:00 İngiltərə 106
“Qərar vermək asan idi” - Klubunu dəyişdiyi üçün peşman deyil

Yarımmüdafiəçi Alexandro Qarnaço bu ilin avqustunda “Mançester Yunayted”dən “Qarabağ”ın Çempionlar Liqasında rəqiblərindən olan “Çelsi”yə keçidi barədə danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçudan “Mançester Yunayted”dən ayrıldığı üçün peşman olub-olmadığı soruşulduqda, “yox” cavabını verib:

“Həyatda bəzən nəyisə dəyişdirmək, bəlkə də bir addım irəliləmək və ya oyunçu kimi inkişaf etmək lazımdır.

Bu, doğru vaxt və doğru klub idi. Beləliklə, qərar vermək asan idi”.

21 yaşlı oyunçu bu mövsüm 9 Premyer Liqa matçında 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Dekabr 18:10 Çək və bizə göndər!
10 Dekabr 17:00 Bəxt yox, insaf yox…