“Liverpul”un hücumçusu Məhəmməd Salah baş məşqçi Arne Slotla münasibətlərin kəskin şəkildə pisləşdiyini açıq şəkildə bəyan edib.
“Lids”lə keçirilən son qarşılaşmadan sonra 33 yaşlı futbolçu verdiyi açıqlamada niderlandlı mütəxəssislə işləmək istəmədiyini bildirib.
Sportinfo.az BBC-yə istinadən xəbər verir ki, tərəflər arasındakı fikir ayrılığı kifayət qədər ciddi xarakter daşıyır.
Salah, Slot komandaya rəhbərlik etdiyi müddətdə “Liverpul”da özünü görmədiyini deyir. Klubun isə bu vəziyyətlə bağlı hansı qərarı verəcəyi hələlik məlum deyil.
Son məlumatlara əsasən, klub rəhbərliyi münaqişədə Arne Slotun tərəfindədir və baş məşqçini tam dəstəkləyir.
style="display:block; width: 320px; height: 100px; margin: 15px auto;" data-ad-slot="13381">Böyük ehtimalla, misirli hücumçu yaxın oyunlarda – “İnter” (UEFA Çempionlar Liqası) və “Brayton”a qarşı matçlarda iştirak etməyəcək, daha sonra isə Afrika Millətlər Kubokuna yollanacaq.
Salahın karyerasında bundan sonra nə baş verəcəyi isə açıq qalır. Onun komandası “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.

