“Liverpul”u "Qarabağ"ın qarşısına Cerrard çıxaracaq?

9 Dekabr 2025 02:20 İngiltərə 1 008
“Liverpul”u "Qarabağ"ın qarşısına Cerrard çıxaracaq?

"Qarabağ"ın Çempionlar Liqasında rəqibi olan İngiltərə təmsilçisi "Liverpul" baş məşqçisi Arne Slotu istefaya göndərməyə hazırlaşır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, mersisaydlıların Premyer Liqanın XV turunda səfərdə "Lids"lə heç-heçə (3:3) etməsi rəhbərliyin növbəti dəfə narazılığına səbəb olub.

Buna görə Slotun Stiven Cerrardla əvəzlənməsi gündəmdədir. 45 yaşlı mütəxəssisin sabiq komandasını çalışdırmaq fikrinə müsbət yanaşdığı bildirilir. O, hazırda işsizdir.

Cerrard 1998-2015-ci illərdə "Liverpul"un şərəfini qoruyub və 504 matçda 120 qol vurub. Adıçəkilən komanda hazırda Premyer Liqada 23 xalla səkkizinci sırada yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü