“Barselona”nın vingerini icarəyə götürmək istəyir - Premyer Liqa təmsilçisi

01:40 İngiltərə 68
“Barselona”nın vingerini icarəyə götürmək istəyir - Premyer Liqa təmsilçisi

“Barselona”nın vingeri Runi Bardqi Premyer Liqaya keçə bilər.

Sportinfo.az “MOT Leeds News”-a istinadən xəbər verir ki, “Lids” 20 yaşlı futbolçunu qış transfer pəncərəsində icarəyə götürmək imkanını nəzərdən keçirir.

Keçid asan olmayacaq. Bardqinin La Liqanın son turunda “Betis”ə qarşı 5:3 hesabı ilə qalib gəlinən oyunda start heyətdə meydana çıxması prosesi çətinləşdirir.

O, həmin matçda 68 dəqiqə oynayıb, bir qol vurub və bir məhsuldar ötürmə verib.

İsveçli futbolçu cari mövsümdə bütün turnirlərdə 10 qarşılaşmada iştirak edib, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu