“Bayern”də oynamaq istəyir - Premyer Liqa klubunun almaniyalı hücumçusu

25 Oktyabr 12:20 İngiltərə 554
“Bayern”də oynamaq istəyir - Premyer Liqa klubunun almaniyalı hücumçusu

“Nyukasl”ın hücumçusu Nik Voltemade gələcəkdə özünü hansı klubda görmək istədiyini artıq müəyyənləşdirib.

Sportinfo.az “Bild”-ə istinadən xəbər verir ki, almaniyalı forvard bir gün “Bayern”in heyətində çıxış etməyi arzulayır.

Münhen təmsilçisi yay transfer pəncərəsi zamanı Voltemadeni almağa cəhd edib, ancaq “Ştutqart” təklif olunan şərtlərlə razılaşmayıb.

Daha sonra onun transferini “Nyukasl” reallaşdırıb və ingilislər xeyli yüksək məbləğ ödəyiblər.

23 yaşlı futbolçu “Bayern”ə keçmək istədiyini gizlətmir, ancaq bunun yaxın illərdə baş verəcəyinə inanmır. Onun “Nyukasl”la müqaviləsinin müddəti 2030/31 mövsümünün sonuna kimidir.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu